SAĞLAMLIQ

Siqaret çəkmək süd vəzisinin xərçənginə birbaşa yoldur.

  • 17.07.2011

ABŞ Kaliforniyanın Mayo klinikasının alimləri  süd vəzilərində xərçəngi olan  1 225 qadını  və 6 872 sağlam müayinə etmişlər. Nəticələr göstərmişdir ki, onların 10%-i eksperiment anında siqaret çəkmiş, 9%-i siqaretdən yenicə imtina etmiş, 81%-i isə heç çəkməmişlər. Beləliklə, siqaret çəkən qadınlarda xəstələnmə riski daha  yüksəkdir. Siqaretdən imtina edərkən isə dərhal risk aşağı enir. Həmçinin aydın olmuşdur ki, 11 il oral kontraseptiv preparatlar qəbul edən qadınlarda 200% süd vəzilərinin xərçəngi baş verir. Mütəxəssislərin hesablamalarına görə bu xəstəliyin artım  sürəti hər il 2% artır.

Mütəxəssislər siqaretin menopauzadan əvvəl və yaxud sonrakı dövrdə də fərqli təsir etdiyini öyrənməyə çalışırlar.

Siqaretdən imtina tez bir vaxtda ürək xəstəliklərinin əmələ gəlmə riskini azaldır. Belə insanlarda adətən bir neçə həftə sonra onlarda C reaktiv zülalı, interleykin–6 maddəsi azalmış olur (iltihab əlamətlərini təsdiq edən göstəricilərdir, iltihabi proseslərdə immun sistemin cavab reaksiyasını bildirirlər).

Hazırladı: S. Aytən