SAĞLAMLIQ

Valideyn olmaq o qədər də asan deyil

  • 28.08.2011

Sosialoji sorğuların nəticələrinə görə, gənc valideynlərin 65%-i etiraf edir ki, uşaqların tərbiyəsi olduqca çətindir. Ana və ataların 30%-i övladlarının sağlamlığı üçün hər zaman narahatdırlar. Valideynlər körpənin yenidoğulma dövrünü ən mürəkkəb dövr hesab edirlər. Körpəni narahat edən  sancılar, gecələr ağlamaq (artıq körpələrin 30%-də bu əlamətlər keçib getmiş olur) valideynləri hövsələdən çıxara bilən simptomlardır. Əslində sancılar həll olunacaq problemlərdir. Hazırda apteklərdə bu əlamətlərin aradan qalxmasına kömək edən preparatlar satılır ki, bunlar valideynlərin narahatlığının  azalmasına kömək edir. Lakin gənc valideynlər üçün bu dövr əsl sınaq müddətidir ki, hətta ailədə narazıçılığa da gətirib çıxara bilər.

Məhz buna görə mütəxəssislər ailə həyatına və əlbəttə ki, uşağın dünyaya gətirilməsinə  əvvəlcədən hazırlaşmağı məsləhət görürlər. Hazırda Rusiyada gənc valideynlər üçün xüsusi məktəblər şəbəkəsi fəaliyyət göstərir ki, bunlar da yeni ailə quran gənclərə körpənin dünyaya gəlişinə hazırlıq üçün kömək edə bilər.

Hazırladı S.Aytən