SAĞLAMLIQ

Şirin qazlı sulara aludə olmayın

  • 04.09.2011

Şirin qazlı suların qəbul edilməsi kişilərdə podaqra əmələ gəlməsi riskini artırır. ABŞ alimlərinin apardığı çoxillik tədqiqatın nəticələri göstərmişdir ki, podaqranın inkişafına şirin qazlı sularda fruktozanın olması təsir edir. 12 il müddətində 46 min müxtəlif peşə sahibi  olan kişilər üzərində aparılan müayinələr nəticəsində  onlardan 755-də podaqra xəstəliyi  aşkar edilmişdir. Təqiqatçılar bunun səbəbini şirin qazlı suların tərkibinə xüsusi maddənin əlavə edilməsi ilə əlaqələndirirlər. Bu isə qanda sidik turşusunun artmasına səbəb olur.

Hazırladı: S. Aytən