SAĞLAMLIQ

Ayaqların soyuq olması nəyin əlamətidir?

  • 21.09.2011

Ayaqların soyuq olması ağır xəstəliyin ilk əlaməti  ola bilər. Çoxsaylı tədqiqatlardan alınan nəticələr bunu söyləməyə əsas verir. Nevroloji pozğunluqları olan uşaqların demək olar ki, hər zaman ayaqları soyuq olur. Sağlam uşaqlara nisbətən onların ayaqlarında temperatur aşağı olur. İsveç universitetinin alimləri bu fikirdədirlər. Həkimlər hesab edirlər ki, belə uşaqlarda soyuğu hiss etmək qabiliyyəti pozulmuşdur. Tədqiqatlardan aydın olmuşdur ki, beynində pozğunluq olan uşaqlarda dərinin temperaturu adətən 2-3 dərəcə aşağı olur. Güman edilir ki, uşaqların ayaqlarında temperaturun aşağı olması sinir sistemində dəyişikliklə əlaqədardır ki, bu da qan dövranı, yuxu və həzmə cavabdehdir.

 

Hazırladı: S. Aytən