SAĞLAMLIQ

Qızıl balıqdan süni damar

  • 05.10.2011

Yapon alimlər ilk dəf olaraq qızıl balığın dərisindən süni qan damarları hazırlamışlar. Bu tapıntı ürək xəstəliklərindən əziyyət çəkənlər, xüsusən infarkt keçirmiş insanların sağalması üçün ümidvericidir. Hələlik təcrübə laborator siçanları üzərində aparılsa da, irəlidə daha böyük heyvanlar, nəhayət insanlarda tətbiq olunacağı gözlənilir. Mütəxəssislər üçün  əsasən kollagen problem yaratmış oldu (dərinin tərkibinə daxil olan maddə). Çünki o, müsbət 15 dərəcə temperaturda parçalanırdı, buna görə də onu insanlara implantasiya etmək çətinlik törədirdi. Artıq bu problem öz həllini tapmışdır.

Hazırladı: S.Aytən