SAĞLAMLIQ

Hərbi döyüşlərdə ağır streslə qarşılaşmış hərbiçilərə necə yardım etmək olar?

  • 10.10.2011

Bu suala Amerika psixiatorları belə bir cavab tapmışlar: həkimlər İraqda vuruşmalarda iştirak etmiş pasiyentlərə kompüter arxasında əyləşib döyüşməyi təklif etmişlər, yəni evi tərk etmədən. Burada oxşar küçələr, atışma, partlayış səsləri, barıt, rezin  qoxusu canlandırılmışdır. Xəstənin vəziyyətini isə həkim nəzarətdə saxlayır, hətta bir qədər stress gərginliyini də artıra bilər. Video oyunun süjeti isə insanın hansı situasiyada travma almasından asılı olaraq dəyişdirilir. Nəticələr ümidvericidir – yeni metod əzabverici xatirələrdən və pis yuxulardan yaxa qurtarmağa kömək edir, qorxu və vahiməli xatirələri daha sakitliklə yaşamağa yardımçı olur.

 Hazırladı: S. Aytən