SAĞLAMLIQ

Aspirin dadlı olur.

  • 03.11.2011

Gon Hopkins universitetinin elmi əməkdaşları aşkar etmişdilər ki, şokoladın gündəlik porsiyasının qəbul edilməsi  tromb əmələ gəlməsi riskini azaldır. Yerli xəstəxananın pasiyentlərinə tədqiqatlarda iştirak etmək təklif olunmuşdur: həkimlər iştirakçıları şokoladı sevənlərə və ona laqeyd olanlara ayırmışlar. Tədqiqatlarda iştirak edənlərin qan analizi göstərdi ki, şokoladı xoşlayanlarda trombositlər bir-birinə birləşərək 130 saniyəyə tromb əmələ gətirmək qabiliyyətinə malikdirlər, digərlərində isə bu, 123 saniyə davam edir. Deməli, şokolad qanın laxtalanmasına təsir edir. Mütəxəssislər hesab edirlər ki, nəinki şokolad, eləcə də ondan hazırlanan içkilər də faydalı hesab oluna bilər. Ən əsası odur ki, şəkər və yağların miqdarı minimal olsun. Acı şokoladın gündəlik  ideal miqdarı isə – hər gün 2 xörək qaşığıdır.

Hazırladı: S.Aytən