SAĞLAMLIQ

Təhlükəli işıq

  • 05.11.2011

Aşkar olunmuşdur ki, yuxu zamanı insana təsir edən süni işıqlanma onkoloji xəstəliklərin yaranma riskini artıra bilər. Orqanizmdə məhz gecələr xərçəng hücey-rələrinin inkişafını tormozlayan melatonin hormonu ifraz olunur. Hətta o qədər də parlaq olmayan işıqlanma insanları bu müdafiədən məhrum edə bilər. İsrail həkimlərinin apardığı tədqiqatlardan aydın olmuşdur ki, xərçəncə tutulan pasiyentlərin çoxu parlaq işıqlandırılmış ticarət mərkəzlərinin yanında yaşayırmışlar, işıq onların mənzillərinə düşürmüş. Bunu tibbi statistikanın göstəriciləri də təsdiqləyir. Həkimlər və ekoloqlar məsləhət görürlər ki, ifrat dərəcədə gecə işıqlanmasına yol verməyə ehtiyac yoxdur. Yataq otağında isə pəncərələrə tünd pərdə salmaq və televizorun ekranı önündə mürgüləmək məsləhət deyil.  

Hazırladı: S.Aytən