SAĞLAMLIQ

Şəkərli diabet xəstələri üçün süni orqan

  • 08.11.2011

Metal, polimerlər, qurğuşun  hüceyrələri milyonlarla diabetli xəstənin həyatını asanlaşdıra bilər. Titan və nikel ərintisindən düzəldilmiş

Yeddisantimetrlik borucuq mədəaltı vəzi əvəz edər və şəkərli diabetdən əziyyət çəkən insanların bir qisminə kömək edə bilər.

Diabet xəsləyindən əziyyət çəkənlərdə mədəaltı vəzinin qanda şəkərin səviyyəsini nəzarət etməyə gücü çatmır və onlar gün ərzində bir neçə dəfə insulin iynəsinə möhtac qalırlar.  Akron universitetinin doktoru C. Kennedi kəşf etdiyi süni mədəaltı vəzidə insulin ifrazı üçün qurğuşun hüceyrələr istifadə etmək qərarına gəlmişdir  və onları altıbucaqlı dəlikləri olan  boruya yerləşdirmişdir. Onları örtən polimer membran insulini və qlükozanı buraxır, virusları və immun hüceyrələri isə saxlayır. Beləliklə, bu, vəzin hüceyrələrinin normal fəaliyyət göstərməsini təmin edir. Qurğunun hazırlanmasında iştirak edən Oqayo ştatının  Şimal-Şərqi Tibb kollecinin professoru mikrobioloq Ken Rozentalın  sözlərinə görə,  polimer ətraf mühitdən qidalanmaq üçün vacib olan oksigeni ayırır,   müəllif hesab edir Ki,  borunu bədənin istənilən yerində yerləşdirmək olar, əsas odur ki, qan dövranı normal olsun. «Süni vəzi eyni zamanda qanda şəkəri təyin edəcək və tələb olunan miqdarda insulin ifraz edəcək», Kennedi belə deyir. Hələlik bu kəşfin sınağı  itlər və siçanlar üzərində aparılır. Bu yaxınlarda isə insanlar üzərində test aparılacağına ümid var. Rusiya diabet assosiasiyasının prezidenti Mixail  Boqomolovun  fikrincə, süni mədəaltı vəzi hazırlanması maraqlıdır, lakin o, diabetin müalicə problemini həll etmir. Bu cür yeniliklər çox olur, onlar çoxlu material tələb edir. Membranda olan hüceyrələr 4 ay yaşayır, lakin insan orqanizmində bu hüceyrələrin təzələnməsi daim baş verir.

Hələ beş il bundan əvvəl Kembric universitetinin professoru Roman Xovorka süni mədəaltı vəzi deyil, üç kompanentdən ibarət sistem yaratmağı təklif edirdi. Qlükometr, pasiyentin vəziyyətini analiz edən kompüter və insulin inyeksiyası edən qurğudan ibarət olan bu sistem şəkərli diabeti olan xəstələrin vəziyyətini yüngülləşdirmək məqsədilə yaradılmışdı. Lakin sonradan məlum oldu ki, kompüteri dərman maddəsini düzgün yeritməyə öyrətmək çox çətindir. Bundan əlavə, hər bir dozatoru fərdi seçmək lazımdır. Sensor və şprisi isə 3 gündən bir dəyişmək tələb olunur. Bununla belə, alim ixtirasının 4-5 ildən sonra istifadəyə hazır olacağına inanır.

Prezident Cozef Kennedi isə əmindir ki, onun ixtirası pasiyentləri requlyator olaraq insulin inyeksiyasından azad edəcək.

Hazırladı: S.Aytən