SAĞLAMLIQ

Zeytun ağacı – həyat simvoludur.

  • 13.11.2011

Yunanlar əbəs yerə zeytun ağacı budağını Olimpiya oyunlarının embleması seçməyiblər.  Yunanlar üçün zeytun ağacı – həyat  simvoludur. 

 Zeytun ağacı – həyat  simvoludur.

Zeytunun şəfalı qida bitkisi olması haqqında hamının məlumatı var. Zeytunun meyvələri, onlardan alınan  yağlar min bir dərdin dərmanı kimi şöhrət qazanıb. Lakin zeytunun sirri bununla bitmir. Zeytun ağacı həyat ağacıdır, onun yarpaqları da şəfalıdır. cənnətdə yer alan 2 ağacdan biri: gerçək ağac – əncir ağacı və o biri ölməz ağac – zeytun ağacıdır. Gec boy atır, amma dözümlüdür, onun üçün əlavə zəhmət çəkməyə    ehtiyac yoxdur, xüsusi qulluq tələb etmir, həmişə yaşıldır.  Zeytuna «yoxsul» torpaqların «zəngin» ağacı deyirlər.

Zeytuna dünyanın bir çox bölgələrində, xüsusilə Ağdəniz iqlimi olan yerlərdə daha çox rast gəlmək olar.  Küləklə dostdur, amma soyuğu sevmir, -7 dərəcəyə davam gətirə bilir. Aparılan araşdırmalar 3000 il yaşı olan zeytun ağacının olduğunu sübut etmişdir. Zeytun yağı süddən tutmuş uşaq yeməklərinə qədər, kremdən tutmuş şampunlara qədər hər şeyə qatılır, xəstələr üçün ümidverici bir vasitədir.

Antik  Misirdə zeytun ağacı güc simvolu sayılırdı. Məhz o zamanlardan zeytunun  yarpaqlarından qızdırmasalıcı vasitə kimi istifadə edirdilər.

Müasir dövrümüzdə isə bu vasitədən ötən əsrin 90-cı illərindən istifadə  etməyə başladılar. Araşdırmalar göstərir ki, yarpaqların tərkibində 101 maddə var  və onlardan ən güclüsü polifenol antioksidantlarından olan oleuropein maddəsidir. Bu maddə ağacın özünü  xaricdən qoruyur, hüceyrələrin yenilənməsinə kömək edir, müdafiə qabiliyyətini gücləndirir, dözümlülüyünü artırır, mikroblarla mübarizədə kömək edir.

ABŞ, İtaliya, Türkiyə, İsrail və başqa ölkələrin alimləri zeytun yarpağının öyrənilməsi ilə bağlı bir sıra tədqiqatlar aparmış, onun  21-ci əsrin ən güclü antimikrob, antivirus təsirə malik bitkilərdən biri  olduğunu  təsdiq etmişlər. Buna aid onlarca kitab, məqalə var.

 Zeytun yarpağı çayının faydaları:

 Antioksidant təsiri

Antioksidantlar orqanizmi kimyəvi reaksiyaların sonunda yaranan və ya siqaret, alkoqol, çirkli hava və s. ilə alınan sərbəst radikallar  toplanmasını ləğv edir. Antioksidantlar  xəstəliklərin  sağalmasına kömək edir, hormonal mübadiləni normallaşdırır,  qocalmanı ləngidir. Xroniki yorğunluğu aradan qaldırır. Zeytun yarpağının  antioksidant aktivliyi oleuropeinlə bərabər digər fenol birləşmələrinin təsiri nəticəsində baş verir. Onların effekti  c və E vitaminlərinin antioksidant aktivliyindən 2,5 dəfə yüksəkdir.

 Kardiovaskulyar  təsiri

Damarları genişləndirir, damar tutulmalarına, ürək çatmamazlığına  təsir edir. Ürək ritmini normallaşdırır, qan təzyiqini aşağı salır, damarlarda trombositlərin birləşməsinə mane olur, artıq mayeni orqanizmdən çıxarır. Eyni zamanda xolesterin səviyyəsinə müsbət təsir edir.

 Hipoqlikemik təsir

Tərkibindəki  oleuropein şəkərin səviyyəsini  aşağı salır. Şəkər xəstəliyində retinopatiya, nefropatiya, nevropatiya kimi hallara qarşı təsir edir.

 Antikanserogen təsir

Oleuropein  maddəsi şiş hüceyrələri ətrafında blokada yaradır, onların başqa orqanlara yayılması, çoxalmasına mane olur. Dərman kimi qəbul edilərsə xərçəng hüceyrələrinin özünü parçalayır. Heyvanlar üzərində aparılan təcrübələr zeytun yarpağı ekstraktını içənlərdə 9-12 gün ərzində şiş hüceyrələrinin geriyə inkişafının getdiyini  müşahidə etmişlər. Radiasiyaya məruz qalmış şiş hüceyrələrinin inkişafının qarşısının alınmasında da oleuropein  təsirli bir maddədir.

 Antibakterial təsiri

Xroniki yorğunluğu azaldır, immun sistemi möhkəmlədir. Tərkibində A, c vitaminləri, polmitat var. Bakteriyaların hüceyrə membranını dağıdır və onları məhv edir. İmmun sistemi gücləndirir. Beləcə, bir çox antibiotiklərə dəstək olur, orqanizmdə bir  çox mikrobların  (viruslar,  kokklar, göbələklər, parazitlər və s.) yaratdığı infeksiyaya qarşı effektlidir.

Viruslara 2 istiqamətdə təsir edir: virusun çoxalmasına təsir edərək yayılmasını azaldır və immun sistemi gücləndirir. Qızdırma əleyhinə təsirindən 19–cu əsrdə şiddətli və ölümcül qızdırma halları zamanı istifadə etmişlər. İspaniyada müharibələr  zamanı əsgərlərə zeytun çayı içirdərdilər. Onun bronxit, otit, sinusit, meningit, hepatit A, B, c, soyuqdəymə, bağırsaq infeksiyaları, babasil, dəri xəstəlikləri (psoriaz), sellülit, revmatizm, herpeslər və s. təsiri təsdiq edilib. Tərkibindəki fenol birləşmələri həmçinin  UBŞ-dan  qoruya bilən   güclü birləşmədir. Bundan əlavə, sidik yolları infeksiyalarına təsir edir, xoraları azaldır, ödqovucu  təsiri də var, zərərli bakteriyaların təsirindən olan ishallar zamanı effektlidir.

 Sümüklərin əriməsini dayandırır. Fenol birləşmələri sümüklərdə mineral maddələrin azalmasına mane olur,  bununla da osteoporoz prosesini ləngidir.

Zeytun yarpağı çayından istifadə qaydaları:

1 çay qaşığı quru yarpaqlar üzərinə 1 stəkan  isti su əlavə edilir və 2-3 dəqiqə dəmlənir. Süzülür, gündə 2-3 dəfə içilir.

Zeytun yarpağından fiziki və kimyəvi yolla alınmış ekstrakt yaşıl rəngdə olub, tərkibində A, c vitaminləri, selen, askorbil-palmitat turşuları var. Orqanizm üçün son dərəcə faydalı və əksgöstərişi olmayan vasitədir.

                            Hazırladı: S. Aytən