Формула счастья: Михаил Гусман о месте в истории и лучшем месте на Земле
Bu insanlar FEYXOA yeməməlidir

Feyxoa olduqca faydalı məhsuldur. Lakin bəzi xəstəliklər zamanı feyxoanın istehlakı insana ziyan vura bilər.
Söhbət xüsusilə hipertireoz (və ya tireotoksikoz) xəstəliyindən gedir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, hipertireoz zamanı qalxanvari vəzinin hormonlarının ifrazı artır ki, bu da orqanizmin bir çox orqan və sistemlərinə mənfi təsir edir. Məntiqi sual yaranır - feyxoanın bu xəstəliyə nə aidiyyatı var?
Qalxanvari vəzinin digər pozulması olan hipotireoz (hiper - çox, hipo - az deməkdir) zamanı qalxanvari vəzi əksinə zəif işləyir, öz hormonlarını lazım olandan daha az ifraz edir. Hipotireoz zamanı qalxanvari vəzinin fəaliyyətini əksinə aktivləşdirmək lazımdır və bu vəziyyətdə yodla zəngin olan qidalar və o cümlədən feyxoa faydalıdır.