SAĞLAMLIQ

Pendir təhlükəlidirmi?

  • 16.03.2012

Müntəzəm olaraq çoxlu miqdarda pendir qəbul etmək sidik kisəsində xərçəng əmələ gətirə bilər. Alimlər qeyd edirlər ki, gündə 53 q- dan artıq pendir yeyənlərdə risk 50%-dən artıqdır. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, gündəlik olaraq zeytun yağının qəbul edilməsi xərçəng riskini yarıbayarı azaldır. Tədqiqatın nəticələri alimlərə pəhriz yağlarının xərçəngə necə təsir etdiyini bir daha sübut etmişdir. Böyük  Britaniyada bu xəstəlikdən ildə 10 000 insan ölür. Siqaret çəkənlər arasında isə ölüm səviyyəsi 2 dəfə artıqdır. Zərərli kimyəvi maddələrlə iş şəraiti və təkrar infeksiyalar bu göstəricini bir qədər də artırır. Alimlər bu  xəstəlikdən əziyyət çəkən 200  nəfər pendir yeməyi sevənləri  386 könüllü sağlamla müqayisə etdilər. Nəticələr göstərdi ki, gündəlik qida rasionunda pendirin miqdarı 53 qramdan çox olmadığı halda  mənfi təsir müşahidə edilmir. Tədqiqatlar göstərir ki, Qərb ölkələrində bu xəstəliyə daha çox rast gəlinir. Aralıq dənizi ölkələrində zeytun yağı və digər bitki yağlarına üstünlük verildiyi üçün sidik kisəsində xərçəng xəstəliyi  daha  az müşahidə edilir.

Aytən SƏMƏDZADƏ