SAĞLAMLIQ

Qaragilə piylənmədən qoruya bilər

  • 14.11.2011

Texas universitetinin alimləri təsdiq edirlər ki, piylənmənin qarşısını almağa qaragilə bitkisinin tərkibində olan polifenollar kömək edə bilər. Qaragilə həqiqətən yeni maraqlı xüsusiyyətləri ilə insanları təəəccübləndirir. Artıq məlumdur ki, qaragilə hipertoniyadan əziyyət çəkənlərə, görmə ilə bağlı problemi olanlara məsləhət görülür və yaxşı effekt də alınır. İndi isə alimlər məsləhət görürlər ki, arıqlamaq istəyənlər mütləq bu giləmeyvəni öz qida rasionuna daxil etsinlər: aşkar olunmuşdur ki, qaragilənin polifenolları orqanizmdə bir tərəfdən  piy ehtiyatlarının toplanmasını tormozlayırlar, digər tərəfdən isə onları parçalayırlar. Alimlər qaragilə polifenollarının laboratoriya siçanlarında piy hüceyrələrinə təsirini öyrənmişlər. Piy hüceyrələrinin  inkişafı ilə polifenolların qəbul edilən dozası arasında əlaqə var:   yüksək dozada piy hüceyrələrinin əmələ gəlməsi 73%, nisbətən aşağı dozada isə 27% olmuşdur. Müşahidələrin insanlar üzərində aparılmasına ehtiyac var.

Hazırladı S.Aytən