SAĞLAMLIQ

Qırmızı çaxır şişlərə qarşı

  • 15.11.2011

Hər kəsə məlumdur qırmızı çaxırı vaxtaşırı içilməsi sağlamlıq üçün faydalıdır. Lakin bu yaxınlara qədər həkimlər bilmirdilər ki, qırmızı çaxır xərçəngə qarşı da müalicə edə bilmək xüsusiyyətinə malikdir.

Siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, əgər süd vəzisinin xərçəngindən əziyyət çəkən qadınlar qırmızı çaxırı içərlərsə, müalicənin effekti dəfələrlə yüksək olacaq: çaxırın tərkibində olan resveratrot antioksidantına görə. Bu, çaxırın hazırlandığı üzümün tərkibində olan maddədir. O şiş hüceyrələrinə təsir edirək  onları müalicəyə tabe etdirir. Həkimlər bu təcrübənin hələlik laborator şəraitdə aparıldığını qeyd edirlər. Fakt odur ki, çaxır qəbul edən xəstələrdə şişlərin inkişafı 50% azalıb.

Hazırladı S.Aytən