SAĞLAMLIQ

Baş ağrısı yaradan qidalar hansılardır?

  • 16.11.2011

Bu yaxınlarda həkimlər baş ağrıları verən qida növləri və içkilər haqqında açıqlama vermişlər. Belə ki, duzlu balıq, ümumiyyətlə şorabalar yedikdə orqanizmdə su-duz balansı pozulur. Bu isə kəllə-daxili təzyiqi yüksəldir. Eləcə də pendirlər – parmezan və b. tərkibində tiramin çoxdur. Təzyiq artır, başda ağrılı pulsasiya hiss olunur.

Təhlükəli qidalara tərkibində qlütamat natrium olan digər yeməklər də daxildir. Bütün konservlər, suplar, paketlərdə souslar, həmçinin qırmızı çaxır, sirkə, şokolad, hisə verilmiş ət məhsulları.

Yaddan çıxarmayın ki, aclıq özü də ziyandır: o da baş ağrıları verə bilər.

 Hazırladı S.Aytən