Kompüter gözəlliyi alır
Uzun müddət kompüter önündə qarşısında çalışmaq insanın sağlamlığına və xarici görünüşünə mənfi təsir edir. Bu, İngiltərə mütəxəssislərinin fikridir. Onlar iddia edirlər ki, xüsusilə də qadınlar daim kompüter önündə oturduqda üzünün cizgiləri spesifik görkəm alır. Həkimlər bunu «kompüter üzü» adlandırırlar. Bu, özünü alında, göz ətrafında dərin qırışlar, buxaqda dərinin sallanması və s. ilə büruzə verir. Tanınmış plastik - cərrah Maykl Preycer qeyd edir ki, kompüter önündə əyləşən bütün qadın pasiyentlərdə vaxtından əvvəl qocalmanın əlamətləri hiss olunur.