SAĞLAMLIQ

Helikobakteriyalara qarşı mübarizə nə ilə nəticələnir?

  • 20.01.2012

Hazırda qastroenteroloqlar helikobakteriyaları yer üzündə ən yayılmış bakteriya hesab edirlər. Onların daşıyıcısı olmaq hər insanda müxtəlif cür təzahür edir. Onların əsas mənfi cəhəti mədə- bağırsaq xəstəlikləri əmələ gətirməsidir. Lakin hazırda bir çox qastroenteroloqlar  bəzi insanlarda helikobakteriyalara qarşı immunitet olduğunu söyləyirlər. Ona görə də bubakteriyalara qarşı mübarizə aparmağı tövsiyə etmirlər. Lakin bu yaxın zamana kimi həkimlər mütləq şəkildə  helikobakteriyalara qarşı antibiotiklərlə müalicə təklif edirdilər. Nəticədə helikobakteriyalarla yoluxmuş insanlaranı sayı azaldı. Lakin bununla paralel olaraq allergik astma xəstəliyinin inkişafı artdı. Adətən  allergik astma o uşaqlarda müşahidə olunur ki, onlar  helikobakteriyalar a qarşı antibiotikoterapiya keçmişlər. Sürix universitetinin alimləri siçanlar üzərində təcrübə apararaq bunu bir daha təsdiq etmişlər.