SAĞLAMLIQ

Mədənin vegetarianlıqla müalicəsi

  • 30.01.2012

Oksford Universitetinin alimləri bir neçə laborator tədqiqatlar aparmış və belə nəticəyə gəlmişlər ki, vegetarianlıq müxtəlif mədə bağırsaq pozğunluqlarını müalicə etməyə kömək edir. Qastroskopiyadan, mədədə əməliyyatdan uzaq olmaq istəyirsinizsə, o zaman vegetarianlığa  keçməniz məsləhətdir.

Alimlər müşahidələr  zamanı belə nəticəyə gəlmişlər ki, məhz  vegetarianlar mədə-bağırsaq xəstəliklərinə daha az məruz qalırlar. Tədqiqatlarda 47000-dən artıq Böyük Britaniya sakini iştirak edirdi. Onlardan 15000-i  vegetarianlığa üstünlük verir. Praktik olaraq bütün vegetarianlar mədə problemi ilə qarşılaşmamışlar. Əgər olmuşdusa da yalnız  vegetarianlıqdan əvvəl olmuşdu. Lakin vegetarianlığın özünün də mənfi tərəfləri var. Belə ki, qərb alimləri hesab edirlər ki, heyvani mənşəli qidalardan imtina etdikdə baş beyində funksional pozğunluqlar və vaxtından əvvəl qocalma baş verir.