SAĞLAMLIQ

Düzgün qidalanmanın sirləri

  • 20.02.2012

Dünyada nə qədər ölkə varsa, bir o qədər də adət - ənənə mövcuddur. Lakin müxtəlif ölkələrin qadınlarını birləşdirən bir məqam də var: hər zaman formada olmaq arzusu. Artıq çəkidən necə qurtulmaq olar?  Daha dəqiq desək, gözəl bədən quruluşuna sahib olmağın yolları hansılardır?  - bu suallar  cazibəli və baxımlı görünmək istəyən hər bir qadını maraqlandırır. Gözlədiyiniz nəticələri tez bir zamanda əldə etmək üçün müxtəlif ölkələrdə istifadə edilən pəhrizləri diqqətinizə çatdırırıq.