SAĞLAMLIQ

İtalyansayağı sağlam qidalanma

  • 30.03.2012

Italiyada sağlam həyat tərzinə fərqli yanaşırlar. Onlar əsasən bitki mənşəli qidalara və tərkibində sellüloza olan məhsullara üstünlük verirlər. Onlar bu fikri əsas götürürlər ki, sellüloza məhz  aclıq hissini azaldır və orqanizmdən son mübadilə məhsullarını çıxarmağa kömək edir. Ona görə də italyan mətbəxində  sellüloza ilə zəngin olan məhsullara daha çox rast gəlmək olar: paxlalılar, taxıl bitkiləri, müxtəlif tərəvəzlər və s.