SAĞLAMLIQ

Qırmızı kürü nə üçün təhlükəlidir?

  • 01.09.2011

Qırmızı kürü nə üçün təhlükəlidir?

Qırmızı kürünün yaxşı vəziyyətdə saxlanılması üçün ona «urotropin» adlı qida konservantı əlavə olunur. Rusiyada isə buna qadağa qoyulmuşdur. Rusiya alimləri «qırmızı kürü nə üçün təhlükəlidir» sualına belə cavab verirlər: bu maddə kürü məhsullarının konservləşdirilməsi üçün lazım olan vasitə sayılır. Əvvəlki inqridiyentlər daha təhlükəsiz idilər. Urotropin insanın orqanizminə zərərli təsiri o qədər də böyük deyil. Lakin illər ötdükcə konservantların tərkibində dəyişiklik edilir və təkmilləşdirilir. Hazırda urotropinin təsiri belədir: o, sərbəst formaldehid ifraz edir ki, bu da zülalları, xüsusilə də bakterial zülalları öldürür. Lakin formaldehid özü sinir sistemini, ağciyərləri, qaraciyəri, böyrəkləri, gözləri zədələyir. Hətta allergiyanın və xərçəngin də yaranmasına şərait yarada bilər. Bəs elə isə nə üçün bu qədər zərərli maddə kürüyə əlavə olunur? Mütəxəssislər bunu belə izah edirlər: kürünü mikroblardan təmizləmək üçün termiki təsirə məruz qoymaq düzgün deyil. Bu baxımdan urotropin düzgün seçilmiş konservantdır. O, 1 kq kürüyə 1 q qatılır və kürü elə məhsul deyil ki, onu qaşıqla yesinlər. Cüzi miqdarda konservant isə o qədər də  güclü təsirə malik deyil.

Hazırladı: S. Aytən