Qlobal istiləşmə və yeni xəstəliklər
Vəhşi təbiəti mühafizə cəmiyyətinin hesabatına görə, qlobal istiləşmə yeni xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Bu zaman insan heyvanlardan da yoluxa bilər. Bu yaxınlarda Ümumdünya təbiəti mühafizə cəmiyyəti Barselonada keçirilən konqresdə aşağıdakı nəticələrə gəlmişdir: heyvanlardan keçən 12 ən təhlükəli zoonoz infeksion xəstəlik iqlim dəyişikliyi nəticəsində insanlar arasında geniş yayıla bilər.
Alimlər artıq şimal regionlarında Laym xəstəliyi, Qərbi Nil qızdırması xəstəliklərinin yaxınlaşmasını qeyd edirlər. Bu xəstəliklər birələr və mığmığalarla yoluxur. Bu həşəratlar vaxtilə soyuq ölkələrdə donurdular, indi isə onlar yeni şəraitdə yaşamağa uyğunlaşırlar. Bu da insanlar üçün təhlükəli olan quş qripi, Ebol virusu, Rift qızdırması və digər bu kimi infeksiyaların yayılmasına gətirib çıxara bidər.
Lakin bir qrup alimlərin fikrincə, xəstəliklərin artımı təkcə qlobal istiləşmə ilə bağlı deyil. Məsələn, quraqlıq olduğu zaman ev heyvanları ilə vəhşi heyvanlar eyni mənbədən su içirlər. Nəticədə xəstəliklərin ev heyvanlarından insanlara yoluxması baş verir. Vəhşi təbiəti mühafizə cəmiyyəti vəhşi heyvanların vəziyyətini hər zaman nəzərdə saxlamağa çağırır – çünki onlar ekoloji sistemin indikatorudur və yeni epidemiyaların yaranmasını əvvəlcədən xəbər verir.
Hazırladı: S.Aytən