SAĞLAMLIQ

Noxud böyrəklərin funksiyasını müdafiə edir

  • 09.10.2011

Kanada alimləri apardıqları tədqiqatlardan belə nəticəyə gəlmişlər ki, sarı rəngli noxud nəinki qida dəyərinə malikdir, həmçinin orqanizmə müalicəvi təsir göstərir. O bitki mənşəli zülaldan ibarətdir ki, onun da  tərkibinə ballast maddələr və vitaminlər daxildir. Noxudun tərkibində olan proteinlər sağlamlığa müsbət təsir edir: yüksələn arterial təzyiqi  normallaşdırır, böyrək çatışmazlığının müalicəsində işlədilməsi məsləhətdir.  Alimlər bunu siçanlar üzərində aparılan təcrübələrdə sınaqdan keçirmiş, onlarda böyrəklərin pozulmuş fəaliyyətinin yaxşılaşmasını müşahidə etmişlər. Alimlər bu maddənin ekstraktının insan orqanizminə necə təsir etdiyini öyrənib,  ondan dərman preparatı hazırlamaq fikrindədirlər.