SAĞLAMLIQ

Qaragilənin yaddaşa müsbət təsiri

  • 23.01.2009

Qaragilənin  yaddaşa müsbət təsiri

Qaragilə  orqanizm üçün lazım olan antioksidantlarla və minerallarla zəngin olan bitki olmaqla bərabər, yaşlı insanlarda yaddaşın güclənməsinə kömək edir. Əvvəllər alimlər bu bitkinin təcrübə vasitəsilə qocalmaqda olan beynin zehni xüsusiyyətlərinə təsirin təcrübə heyvanlarında  aşkarlamışdılar. Lakin bununla belə, qaragilənin insan yaddaşına müsbət təsirini öyrənən elmi tədqiqatlar o qədər də çox deyil. Amerika alimləri bu sahədə bir sıra tədqiqatlar aparmış və yeni nəticələr əldə etməyə müvəffəq olmuşlar.

Onlar 70 yaşlı könüllülərdən ibarət bir  qrupa 2 ay ərzində 2 fincan qaragilə şirəsi içmək məsləhət görmüşdülər. Digər qrupa daxil olanlara  isə həmin şirədən verilməmişdir. Aydın olmuşdur ki, mütəmadi olaraq qaragilə şirəsi içən qrupa daxil olan yaşlılarda yaddaş imkanları yaxşılaşmış və mənimsəmək qabiliyyəti yüksəlmişdir. Bu nəticələri  nevropotoloqlar ümidverici hesab edirlər. Onlar düşünürlər ki, qaragilənin və ya onun komponentlərinin qəbul edilməsi qocalma nəticəsində beynin neyrodegenerasiyasının qarşısını ala bilər və ya heç olmasa azaldar.