Spirtli içkilərin kiçik dozası barədə mif

Spirtli içkilərin kiçik dozası barədə mif
Amerika alimləri alkoqol asılılığını öyrənmək məqsədilə tibbi tədqiqatlar aparmışlar. Uzun müddət davam edən eksperimentdən aşkar olunmuşdur ki, insanların kiçik dozada alkoqolun qəbulunun faydası haqqında düşüncələri əsassızdır. Belə ki, alkoqolun beynə əlavə təsiri yaddan çıxmamalıdır. Məsələ burasındadır ki, spirli içki baş beynin hüceyrələrinə öldürücü təsir edir, yəni onların həcmini azaldır və bəzi funksiyaların itirilməsinə gətirib çıxarır. Bu zaman hesab etmək olar ki, ən aşağı dozada mütəmadi olaraq qəbul edilən spirtli içki şübhəsiz mənfi təsir göstərir. Deməli, daim qəbul edilən spirtli içkinin ən aşağı miqdarda olan dozası belə insan üçün təhlükəlidir.
Hazırladı: S. Aytən