SAĞLAMLIQ

Başınız ağrıyırsa…..

  • 20.03.2009

Başınız ağrıyırsa…..

Miqren baş ağrılarının təhlükəli bir növüdür. Beyin qan dövranının pozulması səbəbindən baş verir. Mütəxəssislərin ona olan marağının yüksək olmasına baxmayaraq, bu vaxta qədər ən az öyrənilmiş sahələrdən biridir. Adətən, genetik meylli olan insanlarda, xüsusən də qadınlarda  daha çox təsadüf olunur.

Miqrenin əlamətləri:

-insanın praktiki olaraq əmək qabiliyyətini pozan mütəmadi tutmalar (hətta mütəliə etmək, idmanla məşğul olmaq və s.);

-ağrı pulsasiya edici xarakter daşıyır, çox vaxt başın sağ tərəfi ağrılara məruz qalır, azca fiziki gərginlikdən sonra ağrılar  artır;

-tutmalar zamanı oyanıqlıq müşahidə olunur (ətrafda olan  hər bir hadisə – xüsusilə işıq və səslər qıcıqlandırıcı təsir edir), baş gicəllənmə, zəiflik, ürək bulanma  ilə müşayiət olunur;

Xəstəlik 2 fazada inkişaf edir.

1-ci fazada (xəstəlikdən 5-45 dəqiqə əvvəl) bir sıra preparatlar (triptan qrupu) kömək edir. Lakin bu preparatlara öyrəşmə daha tez baş verir.

2-ci fazada miqrenə kömək edən preparatlar zəhərlidir və uzun müddət istifadə etdikdə qaraciyərə toksiki təsir göstərir. Alternativ preparat kimi Edas-109 homeopatik damcılarından istifadə edilə bilər.

Əgər miqren sizi uzun illər incidirsə, o zaman nevropatoloqa və ya homeopata müraciət edilməlidir.

Müasir insanın həyatı-daimi gərginliklə, streslə  doludur. Bununla əlaqədar olaraq, son zamanlar həkimlər «tabeçilikdə olan işçinin» miqreni adlanan məfhumu ayırd edirlər ki, bu, insanlara işdə təsir etmiş olur.

Əsas səbəblər:

-əziyyətli işlərin çoxluğu,

-məsuliyyət və vəzifələrin çoxunun üst-üstə düşməsi,

-əməkdaşlar arasında konfliktlər və s.

Mütəxəssislərin məsləhətləri:

Gərginlik mənbəyini bildikdə miqrenin yuxarıda göstərilən formasından uzaqlaşmaq mümkündür:

-Kompüterdə işləyərkən hər yarım saatdan bir fasilə edin: hərəkət edin, xoş bir iş xatirinə  bir qədər işinizdən yayının;

-Gün ərzində mütləq heç olmasa 1 dəfə 20-30 dəqiqə təmiz hava ilə nəfəs almağa çalışın.

-səmimi olaraq həmkarlarınıza təbəssüm, zarafat bəxş edin, onlarla maraqlı söhbətlər aparın. Belə ki, pozitiv əhval-ruhiyyə insanı stresdən qoruyur və işgüzar atmosfer yaradır.

-İş haqqında yalnız işdə düşünün və danışın. Bu zaman istirahət hərtərəfli olar və siz sonrakı gündən əvvəl tam olaraq qüvvələrinizi bərpa edə bilərsiniz.

Bundan əlavə, qida rasionunuza diqqət yetirin. Mütəmadi olaraq qidalanın, qidaların  qəbulu arasında böyük  fasilə etməyin –baş ağrısı ac olduqda da mümkündür. İlk növbədə bu zaman qanda qlükoza azalır və beyin qan damarları daralır. Bundan əlavə, qida qəbulundan dərhal sonra da damarlar genişlənir və baş ağrısı baş verə bilər. Qida rasionundan bərk pendir, qırmızı çaxırın çıxarılması məsləhətdir. Çünki bu məhsullarda tiramin maddəsi olduğundan miqrenin baş qaldırmasına şərait yaradır.   

 

Hazırladı: S. Aytən