SAĞLAMLIQ

Faydalı kolbasa

  • 20.03.2009

Faydalı kolbasa

Məlumdur ki, kolbasa ən populyar qida məhsullarından biridir və yüzlərlə dietoloqun narazılığına baxmayaraq xüsusilə uşaqların daha çox xoşladığı yeməkdir. Onun tərkibinin 45 fiazini yağlar, 12 faizini isə zülal təşkil edir.

Münxenin Fraunhofer intstitutunun alimləri faydalı kolbasa hazırlamışlar.  Alimlərin hesablamalarına görə, bu qida məhsulu ilə orqanizmə il ərzində 10 kq yağ daxil olur. Texnoloqlar qarşılarına belə bir məsələ qoymuşlar: kolbasanı yağsızlaşdırmaq və bununla  belə onun yumşaqlığını və dad keyfiyyətlərini saxlamaq. Əvvəllər belə hesab edirdilər ki, bu, mümkün deyil. Belə ki, məhz yağ onun aromatik xüsusiyyətlərini saxlayırdı. Alman mütəxəssisləri məsələnin həllinə 2 tərəfdən yanaşdılar. Birincisi, xammala olan tələbatı artırdılar; onlar kolbasanı yağı az olan ətdən hazırladılar. İkincisi, suyu məhsulda saxlamaq üsulunu tapdılar. Nəticədə belə kolbasada yağ 2,9 faiz təşkil edir. İndi artıq kolbasanın pəhriz məhsulu sayıla bilməsinə səbəb təkcə bu deyil. Tərkibində yağın az olması onda  konservantlara olan tələbatı da azaldır. Belə ki, konservantlardan əsasən yağları oksidləşməyə qoymamaq üçün istifadə edirdilər. Aydındır ki, yağların miqdarı minimuma endirildikdə konservantlara da ehtiyac qalmır və onların toksiki təsiri azalmış olur.