SAĞLAMLIQ

Saqqız diş fırçasını əvəz edə bilərmi?

  • 27.03.2009

Saqqız diş fırçasını əvəz edə bilərmi?

Son zamanlar stomatoloqlar bu fikrə o qədər də əmin deyildilər. Lakin tezliklə vəziyyət dəyişə bilər. Bu yaxınlarda ABŞ-da yeni xüsusi saqqız növü hazırlanmasına başlanmışdır. Belə ki, bu saqqız Amerika əsgərlərinə dişlərin kariyesindən müdafiə olunmaq üçün kömək edə bilər. Çünki onlar vaxtın azlığından dişlərinə lazımi qədər qulluq edə bilmirlər.

Amerika əczaçılıq birliyinin ixtiyarına verilən ideya ilə hazırlanacaq saqqızın tərkibinə diş daşı və kariyes, damaq xəstəliyini aradan qaldıran xüsusi antibakterial   maddə daxil etmək nəzərdə tutulub. Bu hərbi saqqızı hazırlayanlar onu dadlı etməyi nəzərdə tutmuşlar. Onlar   saqqızın  antibakterial təsirinin heç olmasa yarım saat qala bilməsini düşünürlər. Stomatoloji saqqızın gələn il hazır olacağını planlaşdırırlar. Bunun üçün ordu istehsalçı şirkətlə müqavilə bağlamalıdır.