SAĞLAMLIQ

Qoz xərçənglə mübarizədə kömək edir

  • 03.04.2009

Qoz xərçənglə mübarizədə  kömək edir

Alimlərin  qozun şiş hüceyrələrinə təsirini öyrənmək istiqamətində apardığı tədqiqatlardan aydın olmuşdur ki, gündəlik qəbul edilən 60 qram qoz siçanlarda süd vəzilərində xərçəng əmələ gəlmə prosesini  dayandıra bilər. Bu miqdarda qozun  kalorisi gündəlik qəbul olunan kalorinin 18,5 %-ni təşkil edir. Eksperimet aparılarkən aydın olmuşdur ki, hər gün qoz yeyən siçanlarda şişin ölçüsü  digərlərinə nisbətən  2 dəfə azalmışdır.   Buna səbəb qozun tərkibində olan 3 elementdir: omeqa – 3, yağ turşuları, fitosterol və antioksidantlar – onlar şişin böyüməsini ləngidir. Bundan əlavə, tədqiqatçılar hesab edirlər ki, şiş hüceyrələrinin böyüməsinin qarşısını almaq üçün doymamış yağ turşuları  - balıq, kətan yağı yemək məsləhətdir.