SAĞLAMLIQ

Buxarda bişmiş kələm xolesterini azaldır

  • 03.04.2009

Buxarda bişmiş kələm xolesterini azaldır

Amerika alimləri buxarda bişmiş müxtəlif kələm növlərinin və yaşıl tərəvəzlərin  xolesterinin səviyyəsinə təsirini öyrənmişlər.

Məlumdur ki, orqanizmdə toplanan xolesterin ödün əmələ gəlməsi üçün vacib  olan komponentlərdən sayılır. Çiy tərəvəzlərdə olan faydalı maddələr ödlə qarışmır və orqanizm tərəfindən pis mənimsənilir. Lakin aydın olmuşdur ki, tərəvəzlər termiki işləməyə məruz qaldıqda onların tərkibindəki inqridiyentlərin ödlə qarşılıqlı təsiri güclənir. Nəticədə qaraciyər orqanizmdə toplanan xolesterini istifadə edərək daha çox öd ifraz edir. Beləliklə, xolesterin ödün tərkibində xaric olmuş olur. Tədqiqatın nəticəsi göstərir: buxarda bişmiş ağbaş kələm, brokkoli, göyərti, yaşıl istiot qəbul edildikdə ödlə xolesterinin qarşılıqlı təsiri baş verir ki, bu da xolesterinin səviyyəsini azaldır, nəticədə ürək-damar sistemi və onkoloji xəstəliklərin əmələ gəlmə riski də azalmış olur.