Narıngi piylənmənin qarşısını alır
Narıngi piylənmənin qarşısını alır Aparılan tədqiqatlar göstərmişdir ki, müəyyən vaxt ərzində narıngi qəbul etmək qarın boşluğunda piy toplanmasına və qaraciyərdə piyin azalmasına müsbət təsir edir. Siçanlar üzərində aparılan təcrübələr bunu sübut etmişdir. Onlarda hətta qaraciyər hüceyrələrinin bərpası da müşahidə olunmuşdur. İkinci eksperimenti isə artıq çəkidən əziyyət çəkən məktəblilər üzərində aparmışlar. 2 ay müddətində narıngi şirəsinin qəbul edilməsi və yüngül fiziki hərəkətlər onlarda çəkinin 1,5% azalmasına səbəb olmuşdur. Hazırda Cənubi Koreyada artıq çəki ilə mübarizədə narıngi şirəsindən istifadə edirlər. Onun qocalarda ağıl zəifləməsinə də təsirini öyrənmək üçün tədqiqatlar aparılır.
Hazırladı: S. Aytən |