Kokainə qarşı vasitə
Kokainə qarşı vasitə
İspaniya səhiyyə nazirliyi 2009-cu ilin əvvəlinə planlaşdırılmış kokain sınağı haqqında məlumat vermişdir. Kokainə qarşı hazırlanan vaksin zülal molekulunu kokain molekuluna yapışmağa məcbur edir. Bu da orqanizmin immun sistemini antitel əmələ gətirməyə stimulə edir. Həmin antitellər narkotikləri tanıyır və onların beynə təsirinə imkan vermir. Artıq ölkənin 10 müxtəlif xəstəxanalarında təcrübədə iştirak etmək istəyən 170 könüllü yığılmışdır. Narkoloqlar qeyd edirlər ki, ötən il kokain İspaniyada 800 insanın həyatına son qoymuşdu. Bu, 10 il əvvəlkindən 3 dəfə çoxdur.
Narkotiklərdən istifadə etmək həm də miokard infarktının əmələ gəlmə riskini 10 dəfə artırır.
Hazırladı: S. Aytən