Düzgün qidalanmanın gözlərə təsiri
Düzgün qidalanmanın gözlərə təsiri
Bu yaxınlarda alimlər aşkar etmişlər ki, gözün torlu qişasını təşkil edən hüceyrələrin normal fəaliyyəti üçün K vitamin vacibdir. Ətrafdakı işığı və rəngləri torlu qişanın köməyi ilə qəbul etdiyimizi düşünsək, onun düzgün qidalandırılmasının necə mühüm olduğunu anlamış olarıq. K vitamini isə torlu qişada qan dövranını yaxşılaşdırır, ona görə də bu vitaminlə zəngin olan qida məhsullarını rasiona daxil etmək lazımdır.
Qeyd edək ki, K vitamini gülçiçəklilər fəsiləsindən olan bütün tərəvəzlərin tərkibində vardır. Burada kələm və onun bütün növləri: ağbaş, qırmızıbaş, brokkoli, brüssel, gülkələmi birinci sıradadır. Lakin yaddan çıxarmayın ki, bütün bunlar çiy olarsa tərkibindəki faydalı maddələri daha artıq saxlamış olar.
Hazırladı: S. Aytən