SAĞLAMLIQ

Özünü günəş şüalarından yanmadan necə qorumalı?

  • 10.04.2009

Özünü günəş şüalarından yanmadan necə qorumalı?

 Mütəxəssislər hesab edirlər ki, yay aylarında günəş vannalarının qəbul edilməsi üçün optimal vaxt səhər saat 11-ə qədər və günorta saat 16.00-dan sonra sayılır.

İlk günəş vannası 10 dəqiqədən artıq davam edə bilməz. Bunu get-gedə artıraraq 2 saata çatdırmaq olar. Çimərliyə yeməkdən 30-40 dəqiqə sonra getmək olar. Acqarına olduqda və ya doyunca yeyən kimi günəş şüaları altında uzanmaq düzgün deyil, yanmaq təhlükəsi çoxdur. Spirtli içkilər, xüsusən də qırmızı çaxır və ya şampan şərabı içmək məsləhət deyil. Dazıotu və cirə  bitkilərinin dəmləməsi də yanmanı sürətləndirə bilər. Bir sıra dərman preparatları, xüsusilə tetrasiklin sırası antibiotiklər, hormonlar, konraseptik vasitələr qəbul edilən müddətdə günəş şüalarına məruz qalmaq məsləhət deyil. Günəş şüalarının güclü  təsirindən qorunmaq üçn müdafiə kremlərindən istifadə etmək lazımdır. Əgər siz uzun müddət günün altında qaralmaq fikrindəsinizsə, bu zaman əllərinizi, boynunuzu və üzünüzü cəfəri dəmləməsi (1 stəkan suya 1 x.q göyərti) ilə isladın. Dəri yanmasını aloye şirəsi ilə də aradan qaldırmaq lazımdır. Bunun üçün aloye ət maşınından keçirilir, sıxılır, yanmış sahələrə qoyulur. Eləcə də tünd çay dəmləməsi dəridəki istiliyi sərinləşdirir. Dərinin günəşdən qızarmış sahələrinə bitki yağı çəkmək də faydalıdır.

Hazırladı: S.Aytən