SAĞLAMLIQ

Misin antivirus xüsusiyyətlərini bilirsinizmi?

  • 17.04.2009

Misin antivirus xüsusiyyətlərini bilirsinizmi?

Hazırda dünyanın əksər ölkələrində A-H1N1 virusuna qarşı vaksin hazırlanması üzərində intensiv işlər aparılır. Böyük Britaniya, ABŞ və Almaniya alimləri virus və digər infeksion xəstəliklərin orijinal və həm də əsrlərlə sınanmış profilaktika metodlarını təklif edirlər. Onların apardığı tədqiqatlar bir daha təsdiq edir  ki, mis və onun ərintiləri, əsasən  latun və bürünc antimikrob təsirə malikdir. Bəs niyə məhz miss? Əslində misə olan maraq təsadüfi deyil. Qədim yunanlar, romalılar, atseklər və b. misdən müalicə vasitəsi kimi istifadə edirdilər. Onu yaraları, kəsikləri  yumaq, anginanın müalicəsi üçün, Hindistanda isə cinsi yolla keçən infeksiyaların müalicəsi üçün işlədirdilər. Deməli, müasir insanlar üçün də misdən istifadə etmək faydalı olar.

Virus xəstəliklərinin geniş yayıldığı bir vaxtda  infeksion xəstəliklərin profilaktikası ən vacib məsələlərdən biridir.  Virus və bakterial xəstəliklər qapı dəstəkləri, tutacaqlar, məhəccər vasitəsilə də asanlıqla ötürülə bilir. Alimlər buna qarşı həmin hissələrin miss materialdan hazırlanmasını təklif edirlər. Amerika ətraf mühiti mühafizə idarəsinin apardığı laborator tədqiqatlar göstərdi ki, misdən hazırlanmış əşyaların səthində ən çox yayılmış mikrobların 5 növü, o cümlədən qızılı stafilokokkun   99%-i 2 saata məhv olur.   ABŞ-da səthinin 65%-i mis olan hər hansı bir əşya mikrobəleyhinə vasitə kimi qeydə alınır. Statstika isə göstərir ki, A qripi virusu ilə yoluxmuş xəstənin toxunduğu səthdən həmin virus 7 insana  ötürülə bilər. Beləliklə də viruslar sürətlə yayılır. İngilis alimləri isə təsdiq edirlər ki, adi otaq temperaturunda mis səthlər üzərində 6 saat ərzində virusların 95% ölür. Misdən fərqli olaraq gümüşün zərərsizləşdirmə xüsusiyyətləri temperaturdan və rütubətdən asılı olaraq dəyişilir.

 

 

Hazırladı: S. Aytən