SAĞLAMLIQ

Gizli əsəb keçirmək ürəkdə özünü büruzə verir

  • 24.04.2009

Gizli əsəb keçirmək ürəkdə özünü büruzə verir

İnsanın asanlıqla əsəblərini gizlətmək qabiliyyətini ətrafında olanlar onun yüksək tərbiyəsi, mədəniyyəti kimi qiymətləndirirlər. Lakin bunun nə ilə nəticələnəcəyi daha təhlükəlidir. Elmi Tədqiqat İnstitutunda  çalışan İsveç mütəxəssislərinin fikrincə, insanın öz daxilində saxladığı stress sonralar onun ürək fəaliyyətinə mənfi təsir edir. Statistika göstərir ki, əsəb və gərginlik süni olaraq gizlədildiyi zaman belə halların  nəticəsi 2 dəfə artır. Ekspertlər bu problemə xüsusilə kişilərin diqqət yetirmələrini tövsiyə edirlər. Çünki məlumdur ki, qadınlar daha emosionaldırlar və müəyyən qədər öz hisslərini gizlətmirlər. Kişilər isə bir qədər təmkinli görünmək üçün gərginlik yaratmamağa çalışırlar və nəticədə bu da onlarda  sinir sisteminə  və xüsusən ürəyin işinə mənfi təsir edir.