Çaxır, şokolad və çay yaşlı insanlar üçün faydalıdır
Çaxır, şokolad və çay yaşlı insanlar üçün faydalıdır Oksford və Oslo universitetlərinin alimlərindən ibarət beynəlxalq komanda birlikdə apardığı tədqiqatın nəticələrini açıqladı. Aşkar olundu ki, çaxır, müəyyən dozalarda tünd şokolad və çayın birgə qəbulu yaşlı insanlarda beyin fəaliyyətinə müsbət təsir göstərir. Tədqiqatın rəhbərinin sözlərinə görə, tədqiq olunanlar mütəmadi olaraq az miqdarda çaxır, tünd şokolad və çay qəbul edirdilər. Hər 3 məhsul - üzüm, çay yarpaqları və kakao polifenollarla (flavonoidlərlə) zəngindir. Hər iki tədqiqat qrupu bu prinsipə əsaslanaraq qarşıya konkret olaraq bu məsələni qoymuşdu: bu cür pəhriz 1 il ərzində yaşlı insanda beyin fəaliyyətini yaxşılaşdıra bilərmi? Alimlər 70-74 yaşlarında 2031 norveçlinin göstəricilərini yoxladılar. İştirakçılar hər gün məlumat verirdilər. Hər iki komanda aşkar etdi ki, hər gün 10 qram şokolad yeyən, 30-100 ml çaxır və 200 ml çay içənlər zehni testləri başqalarına nisbətən 12% daha yaxşı yerinə yetirirdilər. Hətta dozanı bir qədər artıranda da onların beyin fəaliyyətində pis dəyişiklik baş vermirdi. Yalnız onlardan dördü gün ərzində 3 badədən artıq çaxır içirdi. Bu isə zeyni fəaliyyətə mənfi təsir edir. Həkimlər bildirirlər ki, maksimal effekt 1 badə çaxır içiləndə baş verir. Qeyd edilir ki, tədqiqatın nəticələrinə həm də digər amillər, məsələn, düzgün qidalanma, sağlam həyat tərzi və sosial faktorlar da təsir edir.
Hazırladı: S. Aytən |