SAĞLAMLIQ

Müəllimlər tez qocalırlar

  • 01.05.2009

Müəllimlər tez qocalırlar

Kemerova universitetinin biologiya fakültəsinin alimləri maraqlı bir tədqiqat aparmışlar. Bu işdə alimlərə məktəblilərin də köməyi dəymişdir. 500-dən artıq müəllimələrin müayinəsindən aydın olmuşdur ki, hər 3 müəllimdən birində bioloji yaş pasport yaşını təxminən 9 il üstələyir. Məktəblilərin çoxunu  bu xəbər heyrətləndirmişdir. Alimlərə isə pedaqoqlarla şagirdlər arasındakı konfliktin səbəbi aydın olmuşdur. Əslində isə bu tədqiqatın nəticələri daha əhəmiyyətli məsələlərə münasibətdə dəyişiklik edə bilər. Bəs görəsən bunun səbəbi nədir, bunun qarşısını necə almaq olar?

Bu haqda rusiya herontoloqlarının fikirləri:

Bioloji yaş nədir? –Bu, qocalmanın fərdi tipidir. Bəzilərində bu, paspot yaşını üstələyir, bir qisim insanlarda uyğundur, digərlərində isə təqvimdən geri qalır. Belələri üçün belə deyirlər: «onların qəlbi gəncdir, bu yaşı vermək olmaz».

Alimlər maraqlı tədqiqat prosedurları, kompüter proqramlırı və anketlər işləyib hazırlamış və sınaqdan keçirmişlər. Əslində yaşı morfoloji funksiyalara görə – qırışlar, saçların ağarması, ürək və damarların, eləcə də digər orqanların fəaliyyətinə görə təyin etmək olar. Lakin bu tədqiqatda funksional bioloji yaş nəzərə alınmışdır. Məsələn, kiminsə 50 yaşı var, lakin o özünü 50 yaşında hiss etmir. Bu isə onun həyata baxışına, davranışına təsir göstərir.

«Erkən qocalığı» necə təyin etmişlər

Erkən qocalıq üçün «sönmə» sindromu, yəni hipoxondriya, şəxsi təhlükə, depressiya, isteriyalara meyllik xarakterdir. Başqa sözlə, əgər qəflətən sevimli müəllim dərsdə səs-küyə görə ayaqlarını yerə vuraraq qışqırırsa, şagirdlər bilməlidirlər ki, onların qarşısındakı gənc qiyafədə qarıdır. Əlbəttə, bu tədqiqatın müayinə üsullarını o qədər də ciddi qəbul etməyənlər tapılsa da, çoxları buna razılıq vermişdi. Məsələn, müəllimlərin arterial təzyiqi ölçülürdü, onların hansı müddətdə tənəffüsünü saxlamaq mümkünlüyü yoxlanılırdı. Daha sonra müəllimlər kompüter testləri yerinə yetirirdilər, suallara cavab verirdilər. Bütün indikatorların xüsusi metodlarla analiziindən sonra nəticələr əldə olundu.

Nəticələr tədqiqatçıları heyrətə gətirəcək dərəcədə idi. Aydın oldu ki, müəllimlərin  38%-ində bioloji yaş pasport yaşını 7-9 il qabaqlayır. Bundan əlavə, sürətlə qocalan pedaqoqlarda müxtəlif xəstəliklər, məsələn, arterial təzyiqin yüksəlməsi, orqanizmin funksional imkanlarının azalması  müşahidə olunur.

Alimlər vaxtından əvvəl qocalmanın sosial səbəblərini də analiz etmişlər. Bu cür müəllimlərin çoxu şəxsi evlərdə yaşayır, aşağı peşə kateqoriyasına malikdirlər, 2 və daha artıq uşaq tərbiyə edirlər, öz işindən zövq almırlar, az hərəkətdə olurlar. Ən təəccüblüsü də odur ki, onların hamısının yaşı 30-a qədərdir.

Deməli, burada sosial amillərin təsiri danılmazdır: tədqiqatçıların gəldiyi qənaətə görə, 40-yaşlı pedaqoqların qocalma tempi nəinki azalmışdır, hətta proses geri gedir. Səbəbi aydındır: 40 yaşına kimi insan artıq özünün bir çox yaşayış problemlərini  həll etmiş olur, özünə avtoritet qazanır, yüksək ixtisaslaşma əldə edir, ailə məsələlərini müəyyən qədər həll etmiş olur. O, bir qədər sakitləşir və özünə qarşı inamı artır.

Ən yüksək qocalma tempi ibtidai sinif müəllimlərində, tədris hissə müdirlərində, məktəb direktorlarında  rast gəlinir. Lakin musiqi, rəsm, idman müəllimləri isə öz yaşlarından daha cavan görünürlər. Maraq doğuran cəhətlərdən biri də budur ki, aparılan tədqiqatda iştirak edən şagirdlər indi müəllimlərinin vəziyyətini daha yaxından başa düşməyə başlamışlar. Onların gəldiyi ümumi nəticə: müəllimlərin əmək haqqı artırılmalı, vaxtından əvvəl qocalan müəllimlərə depressiyanı, psixasteniyanı aradan qaldırmaq üçün psixoloji kömək göstərmək lazımdır.

Vaxtından əvvəl qocalmamaq üçün nə etmək olar?

İnsanda qocalma tempinin təməli  genetik olaraq qoyulur və irsən keçir. İkinci vacib faktor isə - maddi vəziyyətin qənaətbəxş olmasıdır. Lakin bundan əlavə, insanın həyat tərzinin xarakteri də böyük rol oynayır: belə ki, insanın qidalanması, hərəkəti, işi, digər insanlarla ünsiyyəti və s. Qocalma prosesi ləng gedən insanlar bir qayda olaraq, daha çox və könüllü olaraq hərəkət edir, çox işləyir, hər cür qidadan müəyyən miqdarda qəbul edir, optimistdirlər və ətrafdakılara xoş münasibət bəsləyirlər.

Bioloji qocalmada olan fərq artıq uşaq yaşlarından özünü büruzə verir və bunu pediatrlar bilir və ölçə bilirlər. Bu halda zehni və fiziki işin uşağa (ümumiyyətlə, insana) uyğunlaşdırılması çox vacibdir: Həddindən artıq yük və ya gərginlik inkişaf üçün ziyandır və insanın vaxtından əvvəl qocalmasına gətirib çıxara bilər.

 

Hazırladı: S.Aytən