Yemək borusu vasitəsilə appendektomiya
![](https://iqtisadiyyat.com/newsphoto/2020/08/25/722/15983436335029512.jpg)
Yemək borusu vasitəsilə appendektomiya ABŞ Kaliforniya Universitetinin San-Dieqo Tibb mərkəzində dünyada ilk dəfə olaraq appendiksi kəsmək əməliyyatını ağız vasitəsilə etmişlər. Bu üsul «translüminal endocərrahi müdaxilə» adlanır. Yəni onun vasitəsilə insan orqanizmində olan təbii dəliklərdən yumşaq alətlərin köməyi ilə əməliyyat aparılır. Cərrah C. Xorqanın sözlərinə görə, qarın boşluğuna kiçik kamera yeritmək üçün göbək nahiyəsində kiçik kəsik aparılır. Qalan endoskopik alətlər isə mədəyə ağız vasitəsilə yeridilir, oradan isə kiçik iynə vasitəsilə qarın boşluğuna keçirilir və iltihablaşmış appendiks çıxarılır. Qeyd edək ki, bu üsulla aparılan ilk cərrahi müdaxilə uğurlu keçmiş, xəstə 1 gün sonra evə yazılmışdır. Hazırladı: S.Aytən |