Qırmızı çaxır iltihab əleyhinə təsir edir
Şotlandiya alimlərinin apardığı tədqiqatlar bunu deməyə əsas verir. Qlazqo Universitetinin əməkdaşlarının fikrincə, üzümdə olan resveratol adlı antioksidant maddə iltihab törədən mikroorqanizmlərə qarşı təsir göstərmək gücünə malikdir. Aşkar edilmişdir ki, üzümün tərkibində olan bu maddə qocalma proseslərinin qarşısını alır, keçirilmiş virus infeksiyasından sonra sağalmaya kömək edir, qan kütlələrinin toplanmasına mane olur, xərçənglə mübarizə aparır. Qırmızı çaxırda bu maddənin konsentrasiyası ağ çaxırda olduğundan daha çoxdur.
Hazırladı: S. Aytən
|